Tbilisi Medvedevə CAVAB VERDİbackend

Tbilisi Medvedevə CAVAB VERDİ

“Medvedev gedib, o, artıq keçmişdə qalıb”.

KONKRET.az xəbər verir ki, Tbilisidə Dmitri Medvedevin Gürcüstan dövlətçiliyini şübhə altına aldığı postu ətrafında yaranmış qalmaqalla bağlı rəsmilərdən reaksiya gəlib.

Ən lakonik şərhi Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze edib. O, Medvedevin “keçmişdə” qaldığını deyib.

“Medvedev gedib, o, keçmişdə qalıb”, – deyə müdafiə naziri bildirib.

Digər rəsmilər isə ümumi sözlərlə kifayıətləniblər.

Gürcüstan parlamentinin üzvü, keçmiş spiker, “Gürcü arzusu”nun liderlərindən biri Arçil Talakvadze İctimai Televiziyaya müsahibəsində daha geniş cavab verib.

Onun sözlərinə görə, bu cür bəyanatlar Gürcüstanın hər tərəfdən təhlükə altında olduğunu vurğulayır.

“Gürcüstanın beş min illik tarixi yaşı var və heç kim bu tarixi yenidən yaza bilməz.

Bu bəyanat bir daha təsdiqləyir ki, Gürcüstan ölüm ayağında olan mürəkkəb regiondadır. Təhlükələr və çağırışlarla dolu, sülhün hər  tərəfdən təhlükə altında olduğu bir vaxtda və Rusiya tərəfindən davam edən qanunsuz işğal altında Gürcüstan nə qədər çətin dəhlizdən keçməlidir.

Biz ərazi bütövlüyümüzü və uzunmüddətli təhlükəsizliyimizi bərpa etmək üçün beynəlxalq prinsiplərə uyğun olaraq dinc mübarizəmizi davam etdiririk. Bu, bizim hökumətin bir nömrəli vəzifəsidir”,- deyə Talakvadze bildirib.

Xatırladaq ki, avqustun 2-də Rusiyanın “VKontakte” sosial şəbəkəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Gürcüstanın Rusiyanın tərkibinə daxil olması, Qazaxıstanda rus soyqırımının baş verdiyi barədə yazısı yayılıb. Yazı bir neçə dəqiqədən sonra silinib, lakin onun skrinşotlarını jurnalist Kseniya Sobçak yayıb.

Daha sonra Dmitri Medvedevin köməkçisi Rusiya mətbuatına onun hesabının sındırıldığını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*