Tbilisidəki etirazlarda 100-dən çox insan saxlanıldı – VİDEObackend

Tbilisidəki etirazlarda 100-dən çox insan saxlanıldı - VİDEO

Tbilisidə etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşmalar gecə boyu davam edib. 

KONKRET.az xəbər verir ki, xüsusi təyinatlılar Rustaveli prospektində etirazlarını davam etdirən nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə ediblər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir sıra həbslər həyata keçirib. 29-30 oktyabr tarixlərində Tbilisidə keçirilən etiraz aksiyalarında 107 nəfər saxlanılıb.

Etirazlar noyabrın 28-də, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilə qədər Aİ ilə üzvlüklə bağlı danışıqları dayandırdığını elan etməsindən  sonra başlayıb. Mitinqdə müxalifət və Gürcüstan prezidenti Salome Zurabişvili iştirak edib. Polislə toqquşma zamanı Daxili İşlər Nazirliyinin 32 əməkdaşı yaralanıb, onların əksəriyyətinə tibbi yardım göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*