TƏBİB-in tabeliyindəki doğum evində faciə: Ana və körpə öldübackend

TƏBİB-in tabeliyindəki doğum evində faciə: Ana və körpə öldü

Bakıda yerləşən tibb müəssisələrindən birində faciəli hadisə baş verib. Paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən 7 saylı doğum evində ana və onun yeni doğulan körpəsi vəfat edib.

KONKRET.az xəbər verir ki, nocomment.az-a daxil olan məlumata əsasən, hadisə ilə bağlı ailə yaxınları bildirib ki, doğuş üçün xəstəxanaya yerləşdirilən ananın və körpəsinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin həkim səhlənkarlığı nəticəsində baş verdiyi bildirilib.

Ağır itki ilə üzləşən ailə qeyd edib ki, vəfat edən qadının geridə daha iki azyaşlı övladı qalıb.

Baş verən hadisə ailə üzvləri və yaxınları arasında böyük üzüntü yaradıb. Onlar ölümün səbəblərinin araşdırılmasını və məsul şəxslərin müəyyən edilməsini tələb edirlər.

Qeyd edək ki, 7 saylı doğum evi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərir.

Sözügedən hadisə ilə bağlı nocomment.az TƏBİB-ə sorğu ünvanlayıb. Hələlik rəsmi şəkildə açıqlama verilməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*