TƏBİB: “Məktəblinin qızılcadan ölməsi ilə bağlı məsələ araşdırılır”backend

TƏBİB: "Məktəblinin qızılcadan ölməsi ilə bağlı məsələ araşdırılır"

Bakı şəhəri, Qaradağ rayonunda 2014-cü il təvəllüdlü uşaq ölüb.

KONKRET. az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Qeyd olunub ki, təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb: “Şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür”.

Xatırladaq ki, Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin direktoru Laçın Hüseynli təhsil müəssisəsinin 4-cü sinif şagirdi, 10 yaşlı Rinatın qızılca xəstəliyindən dünyasını dəyişdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*