Təbriz-Ermənistan avtomagistralı Şərqi Azərbaycanın hesabına tikiləcək – QƏRARbackend

Təbriz-Ermənistan avtomagistralı Şərqi Azərbaycanın hesabına tikiləcək - QƏRAR

Ermənistanı Təbrizlə birləşdirəcək avtomobil yolunun inşası Şərqi Azərbaycan Vilayəti hesabına həyata keçiriləcək.

KONKRET.az Tasnim xəbər agentliyinə istinadən xəbər verir ki, 24 oktyabr 2019-cu ildə Şərqi Azərbaycan vilayəti ilə İranın Yol və Şəhər İnkişaf Nazirliyi arasında əldə olunan razılığa əsasən vilayətdə mis mədənləri ilə məşğul olan Mes Sungunun vergilərinin bir hissəsi (120-130 milyard tümən) Təbriz-Ermənistan avtomobil yolunun tikintisinə yönəldiləcək.

Qeyd edək ki, Təbriz-Ermənistan avtomobil yolunun inşası ilə bağlı müzakirələr hələ ötən il İranda başlamışdı. İranın şəhərsalma və yol nazirinin müavini Xeyrulla Hadami Ermənistanın İran üçün əhəmiyyətini belə vurğulayıb:

“Ermənistanda tranzit əhəmiyyətli avtomobil yolu tikilir. Təbriz Ermənistanla bu yol vasitəsilə birləşərsə, həmin avtomagistral beynəlxalq tranzit dəhlizinə çevriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*