Təbrizdə güclü partlayışlar: SEPAH və kəşfiyyatla bağlı obyektlər VURULDU – VİDEObackend

Təbrizdə güclü partlayışlar: SEPAH və kəşfiyyatla bağlı obyektlər VURULDU - VİDEO

İranın Təbriz şəhərində bir neçə güclü partlayış baş verdiyi barədə məlumat yayılıb. Hadisə nəticəsində şəhərin müxtəlif hissələrində yerləşən bəzi inzibati binaların zərər gördüyü bildirilir.

KONKRET.az xəbər verir ki, partlayışların əsasən SEPAH və kəşfiyyat strukturları ilə əlaqəli olduğu deyilən bir neçə binaya yönəldiyi iddia olunur. Yerli mənbələr hücum nəticəsində həmin obyektlərə ciddi ziyan dəydiyini bildirir.

Hadisədən sonra əraziyə təhlükəsizlik qüvvələri və təcili yardım xidmətləri cəlb olunub.

Rəsmi qurumlar hələlik partlayışların səbəbi və mümkün itkilərlə bağlı ətraflı məlumat açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*