Nikolayevin qubernatoru Vitali Kim Kaxovka yaşayış məntəqəsindən rus qoşunlarının hücum ediləcəyi barədə xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkəsində məlumat verib.
O bildirib ki, “Kaxovka yaxınlığındakı hərəkətlilikdən sonra düşmənlərin şəhərə yaxınlaşması barədə məlumat daxil olub. Hakimiyyət əlindən gələni edir, amma kömək lazımdır.
Doğrudur, hazırlaşmaq üçün vaxtımız var! Döyüşlərin Nikolayevin hüdudlarından kənara çıxması və şəhərin mümkün qədər sağ qalması üçün maksimum səy göstərilir”.
Sevinc Paşayeva,
KONKRET.az
