ABŞ Prezidenti Donald Trampın İranla müharibəyə başlamaq barədə qərar verməyə yaxın olduğu bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə “Axios”un müxbiri Barak Ravid İsrailin N12 telekanalına verdiyi müsahibədə açıqlama verib.
“Yüksək vəzifəli amerikalı rəsmilərdən biri mənə dedi ki, Cenevrədə İranla aparılan danışıqlar raundu ‘içi boşluqla doldurulmuş hamburger’ kimidir. Bu da Donald Trampın İranla müharibəyə başlamaq qərarına yaxınlaşmasının əsas səbəblərindən biridir”, — deyə Barak Ravid bildirib.
Qeyd edək ki, ABŞ və İran arasında son vaxtlar aparılan danışıqların nəticəsiz qalması Vaşinqtonda narazılığa səbəb olub və bu da regionda gərginliyin artmasına yol açıb.
Natiq Səlim,
KONKRET.az
