Tehranda tələbə qızlar etiraza qalxdı – VİDEObackend

Tehranda tələbə qızlar etiraza qalxdı - VİDEO

Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər.

KONKRET.az-ın “Azad İran” Teleqram kanalına istinadən məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər:

“Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!”

Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlara qarşı ayrı-seçkilik hesab ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*