Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılırbackend

Tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

2026/2027-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin yerdəyişməsi üçün müraciətlərin qəbulu başlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerdəyişmə ilə bağlı müraciətlər elektron qaydada qəbul olunacaq. Prosesdə ali və orta ixtisas təhsili müəssisələrinin normativ təhsil müddətində təhsil alan, həmçinin təhsil aldıqları müddət ərzində tədris proqramı üzrə nəzərdə tutulan kreditlərin ən azı yarısını toplamış tələbələr iştirak edə bilərlər.

Müraciətlərin qəbulu 13 iyul 2026-cı il saat 10:00-da başlayacaq və 19 iyul saat 18:00-dək davam edəcək.

Yerdəyişmədə iştirak etmək istəyən tələbələr portal.edu.az platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra istifadəçi adı və şifrə ilə sistemə daxil olub elektron müraciət formasını dolduraraq təsdiqləməlidirlər.

Agentlik tələbələrə müraciət zamanı təqdim etdikləri məlumatların düzgünlüyünü diqqətlə yoxlamağı və müəyyən edilmiş son müraciət tarixlərinə əməl etməyi tövsiyə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*