Təqaüd və müavinət alanlara VACİB XƏBƏRbackend

Təqaüd və müavinət alanlara VACİB XƏBƏR

Əhaliyə ödəniləcək bütün növ müavinətlərin tarixləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, bölgələr üzrə əmək pensiyalarının 14 iyul tarixində ödənilməsi, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının isə 25 iyul tarixində ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, dünən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

  • Əliəddin
    İyul 9, 2023 - 23:04

    Əmək pensiyaları haqqında qanunun 37.3.1 maddəsinə uyğun olaraq 6 il və daha çox işləyənlərin pensiyalarının yenidən hesablanaraq toplanan kapitalın pensiyaya əlavə olunması nəzərdə tutulsa da, Naxçıvanda buna məhəl qoyulmur. Göstəriş hansısa yuxarı orqandan gəldiyindən bu müddəti hələlik 4(dörd) ay geriyə çəkməyi planlaşdırıblar. 4 aydan sonra hansı iyrənc bəhanə ürütüləcək, zaman göstərəcək. Bunun Naxçıvan şəhər DSMF-nin əməkdaşlarının özfəaliyyəti və ya acgözlüyü olduğunu düşünmək ən azından bağışlanması mümkün olmayan SADƏLÖVHLÜK olardı. Pensiyalarla bağlı sayı-hesabı bilinməyən bu özbaşınalıqların arxasında kimin, ya da kimlərin dayandığını hipotetik olsa da hər kəs az-çox dərk edir. Bilinməyən, anlaşılmayan isə odur ki, DÖVLƏT BABA hara baxır, Milli Məclisin qəbul etdiyi, ÖLKƏ BAŞÇISININ imzaladığı qanuna niyə etinasızlıq göstərilir. İnsanlar o qədər absurdlarla qarşılaşırlar ki, nə etmək lazım olduğunu dərk etmək üçün vunderkind istedadı tələb olunur. Allahın özünün pensiyaçılara rəhmi gəlsin, ACGÖZ, DOYMAQ BİLMƏYƏN MƏMURLARIN İŞTAHASINI TORPAQ DOYDURSUN, AMİN!

  • Eldar Shahgaldiyev
    İyul 12, 2023 - 18:28

    Ələddin müəllimin yazdıqları başa düşüləndir. Bir şey də var ki biz daim konkret vəziyyəti başa düşməliyik. Çətinlikdir bəli, vəsaitlər bir sıra minimumları qarşılaya bilmir bəli və digər, və digər… Bütün hallarda pensiya sistemində qəbul olunmuş qərarlar konkret ehtiyacları qarşılamaqda geri qalsa da, dövlətimiz çətin vəziyyətlərdən inamla çıxır, keçmişin kütləvi (bir də deyirəm kütləvi) mənfilikləri indi yoxdur, az=çox daim indeksləşmə aparılır , dövlət vətəndaşını qlobal təhlükələrdən, mənfur düşmənlərdən, riyakarlar və ikiüzlü qlobal güclərdən qorumağı bacarır. Bircə anlığa fikirləşin ki, əgər bizi qəsdən daim müharibə və təhdid içərisində qəsdən saxlamasalar bizim imkanlarımız necə olardı…. Bu faktoru heç kim unutmasın!!!
    Biz çoxlu onilliklərin neqativlərində hələ qurtula bilməmişik (sadalamağa ehtiyac yoxdur) Bir fakt isə məlumdur. Azərbaycan güclüdür, heç bir kəs bizə zorla nə isə diqtə edə bilmir, şəhidlərimiz və qazilərimizi millətim və Vətənim sevir.
    Biz hələ uzun bir yolun başlanğıcındayıq, qardaşlarım bütün deyilənlərə rəğmən Vətınimizi və xalqımızı həm xarici, həm də daxili düşmənlərdən qorumalı, heç kimə kar-tblanş verməməliyik.
    zaman keçdikcə biz də bütün neqativlərdən tədricən xilas olacağııq. Allahın izi ilə sizlərə və ailələrinizə xoş günlərinizin daha çox olmasını arzu edirəm!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*