Ter-Petrosyandan 7 milyon 800 min avro tələb edildi – 40 gün vaxt verildibackend

Ter-Petrosyandan 7 milyon 800 min avro tələb edildi - 40 gün vaxt verildi

Dekabrın 16-da İrəvan polisinə Ermənistan cinayət-prosessual məcəlləsinin 180-181-ci maddələrinə uyğun olaraq cinayət işi qaldırılması məqsədilə müraciət daxil olub. Müraciətə “Facebook” istifadəçisi Vardan Sedrakyan adlı ölkə vətəndaşının öz səhifəsində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana ünvanladığı mesajın foto-surəti əlavə edilib.

KONKRET.az  xəbər verir ki, bu haqda “Aravot” nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, foto-surətlərə əsasən V.Sedrakyan Ermənistanın birinci prezidentindən 40 gün ərzində 7 milyon 800 min avro tələb edib. Həmin məbləği təqdim etmədiyi təqdirdə vətəndaş onu ağır nəticələrlə hədələyib. Müraciətin Ter-Petrosyanın özü, yoxsa rəhbəri olduğu partiya tərəfindən göndərildiyi bildirilmir./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*