YPG / PKK-nın Suriyadakı düşərgələrində 3 il yaşadıqdan sonra telefonla qurtulmaq istədiyini deyən 20 yaşlı Diyarbakır sakini M.Ş.Ç bir müddət əvvəl ailəsi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının səyləri ilə terror təşkilatından qaçıb.
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda onunla bağlı başlanan istintaq başa çatıb.
Dövlət ittihamçısı tərəfindən hazırlanan iddianamə Hatay 3-cü Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.
Peşmançılıq hissi keçirən gənc ittiham aktında 2016-cı ildə Diyarbəkirdə bir dönərçinin yanında işlədiyini, boş vaxtını internet kafedə keçirdiyini və orada kiminsə vasitəsi ilə təşkilata üzv olmaq qərarına gəldiyini söyləyib.
Əvvəlcə Suriyanın Derik bölgəsindəki konsentrasiya düşərgəsinə getdiyini və daha sonra İraqdakı Gare bölgəsinə aparıldığını bildirən M.Ş.Ç təxminən 3 aylıq təlimdən sonra ona “Reber Amed” kod adının verildiyini bildirib.
MURAT KARAYILAN İLƏ GÖRÜŞÜB
Gare şəhərindəki bir düşərgədə 6 adamla qalarkən PKK lideri Murat Karayılanın onların yanına gəldiyini o, belə xatırlayır:
“Təyinatımız Rojava bölgəsinə verildiyindən Murat Karayılan bizə xüsusi qayğı göstərirdi. 5-6 gün həmin ərazidə gözlədik. Sonra Rojava bölgəsindəki Til Temira getdik. Buradakı düşərgədəki batalyona daxil olduq. Komandanın komandiri olaraq işə başladım. 1.5 ay Münbiç bölgəsində olduqdan sonra gözümdən xəsarət aldığım üçün məni Süleymaniyə ABŞ vertolyotu ilə gətirdilər”.
O, təxminən 2 aylıq müalicədən sonra Mahmur düşərgəsinə gətirildiyini bildirib.
“Qul kimi istifadə edilməkdən rahatsız idim”
Təşkilatdan qurtulmağı planladığını və ailəsi ilə əlaqə qurduğunu və təhlükəsizlik güclərinin rəhbərliyi ilə qaçmağı bacardığını ifadə edən terrorçu M.Ş.Ç bunları söyləyib:
“Təşkilatda gedən mübarizənin və dediklərimizin yalan olduğunu, davamlı olaraq ön cəbhəyə sürükləyərək Türk əsgərinin yanına gətirilməyimizi istədiklərini anladım. Dəfələrlə şahidi olmuşam ki, öz məqsədləri və mənafeləri üçün bizi qul kimi istifadə edirlər. Narahat idim”.
Təşkilatda olarkən Türkiyə vətəndaşı olan 5-6 adamın təslim olmaq istədiklərini izah edən M.Ş.Ç döyüşçülərin PKK tərəfindən cəzalandırılacağından qorxduğunu açıqlayıb.
İttiham aktında şübhəlinin “Zeytun budağı əməliyyatı” çərçivəsində YPG / PKK terror təşkilatının üzvü kimi döyüşdüyünə görə ona ömürlük həbs cəzası istənilib.
M.Ş.Ç. ilə birlikdə təslim olan V.İ haqqında da “silahlı terror təşkilatına üzv olmaq” iddiası ilə istintaq başlayıb.
Babək Göyüş
KONKRET.az
