Nə qədər ki, Nikol Paşinyan Ermənistan Respublikasında hakimiyyətdədir, biz həmişə müharibə və məğlubiyyət təhlükəsi ilə üzləşəcəyik.
KONKRET.az xəbər verir ki, bu barədə “Ana Ermənistan” alyansının lideri Andranik Tevanyan News.am-a müsahibəsində bildirib.
“Nikol Paşinyan türk ağaları ilə birlikdə elə razılaşacaq ki, nəticədə Ermənistanda müharibə başlayacaq və biz Zəngəzuru (Sünik) itirəcəyik. Bundan sonra KTMT-dən çıxmaq, Rusiya ilə münasibətləri kəsmək, 102-ci rus bazasını Gümrüdən çıxarmaq üçün anti-Rusiya, anti-İran məsələsi ortaya çıxacaq.
Nəhayət, Ermənistan Türkiyə-Azərbaycan ərazisinə çevriləcək.
Bunun müqabilində Paşinyan “Vətəndaş müqaviləsi dərnəyi” adını daşıyan bütün komandanı qurban verəcək və hansısa Qərb ölkəsindən və ya Türkiyədən sığınacaq alacaq”, – deyə Tevanyan sülh gündəminin iflasa uğradığını etiraf edib.
Tevanyan qeyd edib ki, Paşinyanın Aİ-yə daxil olması ilə bağlı bəyanatları saxta gündəmdir, çünki Aİ üzvlüyünə Gürcüstan, Moldova və Ukrayna kimi dövlətlər qəbul ediləcək:
“Kollektiv Qərb öz qarşısına postsovet məkanında Rusiyaya qarşı istifadə oluna biləcək sistem yaratmaq vəzifəsini qoyub”.
KONKRET.az