Təxribat hazırlığı: Bakı sərt qərar verə bilər – 6 gün qaldıbackend

Təxribat hazırlığı: Bakı sərt qərar verə bilər – 6 gün qaldı

30 sentyabr-4 oktyabr tarixində Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası keçiriləcək. Sessiya gündəliyinin layihəsinə qondarma “Azərbaycanda insan hüquqları, qanunun aliliyi və demokratiya sahəsində vəziyyətin pisləşməsi” mövzusunda təcili debatların keçirilməsi sorğusu da daxil edilib.

Rəsmi Bakı bu debatlarla bağlı nə planlaşdırır?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, AŞPA Azərbaycana qarşı açıq-aşkar zidd siyasət yeridir:

“Bu, təşkilatın ilk belə anti-Azərbaycan mövqeyi deyil. Bundan öncə də bənzər formada təkliflər, qətnamə layihələri təqdim edilib. Aydın məsələdir ki, bu və bu kimi şeylər daha bizi narahat etmir. Onsuz da AŞPA-nın hansısa formada təsir etmək, sanksiya çağırışı etmək səlahiyyəti yoxdur. Yəni boş sənədlər ərsəyə gətirməkdən başqa bir işə yaramır.

Azərbaycanda insan hüquqlarının pozulmasını tez-tez dilə gətirən qurum Fransa, Almaniyadakı antisemitizm, islamofobiya, neokolonializim və irqçilik kimi problemləri gözardı edir. Halbuki bu problemlər əsrlərdir Avropada var və həll edilmir”.

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan AŞPA-ya sərt cavab verməli, hətta lazım gələrsə təşkilatdan ayrılmalıdır:

“Vaxtilə biz AŞPA-nın Qarabağ məsələsinə diqqət ayırması ümidi ilə təşkilata üzv olmuşduq. Bu gün Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Bakı bunu öz gücü ilə reallaşdırdı. Buna görə də daha AŞPA bizə lazım deyil.

Azərbaycanın AŞPA-nı tərk etməsi domino effekti yaradacaq və ardınca digər ölkələr də qurumu tərk edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*