Teymur Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başlayıbbackend

Teymur Rəcəbov Qran-pri turnirinə heç-heçə ilə başlayıb

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Almaniyanın Hamburq şəhərində keçirilən FİDE-nin Qran-pri turnirində ilk görüşünü başa vurub.

KONKRET.AZ bildirir ki, “Report”un məlumatına görə, 32 yaşlı qrossmeyster 1/8 final mərhələsində Rusiya təmsilçisi Daniil Dubovla üz-üzə gəlib.

İlk görüşdə heç-heçə qeydə alınıb – 0,5:0,5. Şahmatçılar arasındakı ikinci duel sabah keçiriləcək. Həmin qarşılaşmada da qalib müəyyənləşməsə, növbəti gün “tay-breyk” olacaq.

Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avro təşkil edir. FIDE əlavə olaraq 280 min avroluq mükafat fondunu Qran-pri seriyasında ən yaxşı nəticələrə əsasən bölüşdürəcək.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvadakı Qran-prinin qalibi olub. Dünya Kubokunu qazanan Teymur Rəcəbov isə öncədən İddiaçılar Turnirində iştirak hüququ qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*