Təyyarə Bakıda təcili eniş etdibackend

Təyyarə Bakıda təcili eniş etdi

“Turkish Airlines” aviaşirkətinin İstanbul-Hoşimin reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.

KONKRET.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, “Airbus A350” təyyarəsi yerli vaxtı ilə saat 06:52-də Bakı hava limanında uğurla eniş edib.

Enişdən dərhal sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib və paytaxt klinikalarından birinə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*