Təyyarə pəncərələrindəki kiçik dəliklərin sirri nədir?backend

Təyyarə pəncərələrindəki kiçik dəliklərin sirri nədir?

Təyyarə ilə səyahət edən bir çox sərnişin pəncərələrin alt hissəsində yerləşən kiçik, milimetr ölçülü dəliyi sadəcə dizayn elementi kimi görür. Lakin aviasiya mütəxəssislərinə görə bu detal uçuş təhlükəsizliyində mühüm funksiyaya malikdir və “nəfəs alma dəliyi” (bleed hole) adlandırılır.

KONKRET.az xəbər verir ki, mütəxəssislərin açıqlamasına əsasən, təyyarə pəncərələri adi şüşələrdən fərqli olaraq yüksək təzyiq və temperatur fərqinə davam gətirmək üçün üç qatlı akril materialdan hazırlanır. Xarici qat ən güclü təzyiqə və zərbələrə qarşı dayanıqlıdır, orta qat yükü balanslaşdırır, sərnişinin toxunduğu daxili qat isə qoruyucu ekran funksiyası daşıyır.

Məhz sözügedən kiçik dəlik orta qatda yerləşir və katmanlar arasında hava axınını tənzimləyərək təzyiq balansını qoruyur.

Təyyarələr 10 min metrdən yüksəkdə uçarkən kabin daxilindəki süni təzyiq ilə xarici atmosfer arasında ciddi fərq yaranır. Bu fərq pəncərələrə böyük yük düşməsinə səbəb olur. Əgər katmanlar arasında hava düzgün tənzimlənməsə, şüşələr deformasiya ola və qırıla bilər.

“Nəfəs alma dəliyi” bu riski aradan qaldıraraq havanın nəzarətli şəkildə hərəkətini təmin edir və pəncərənin dayanıqlığını artırır.

Təyyarə pəncərələrində diqqət çəkən digər detal isə bəzi yerlərdə olan kiçik qara üçbucaqlardır. Bu işarələr kabin heyətinə uçuş zamanı qanad və mühərrikləri ən düzgün bucaqdan izləməyə kömək edir. Xüsusilə texniki yoxlamalarda və fövqəladə hallarda bu nöqtələrdən istifadə edilir.

Mütəxəssislər bildirirlər ki, bu kimi detallar sərnişinlərin diqqətindən yayınsa da, uçuş təhlükəsizliyini təmin edən mühüm mühəndislik həlləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*