Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək – Məbləğbackend

Təyyarə qəzasında ölənlərin ailəsinə təzminat veriləcək - Məbləğ

Ukraynaya məxsus “Boeing 737-800” təyyarəsinin İranda qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (14 min AZN) məbləğində təzminat ödəniləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.

O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.

Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən “Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində həlak olan 176 nəfərdən 11-i Ukrayna vətəndaşı olub. Qəzadan qısa müddət sonra İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*