Təyyarəni partlatmaq istəyən qadın danışdı: “Arxamdakılar…”backend

Təyyarəni partlatmaq istəyən qadın danışdı: "Arxamdakılar..."

Türkiyənin İstanbul şəhərində yerləşən Sabiha Gökçen Beynəlxalq Hava limanından Kiprə uçmağa hazırlaşan sərnişin təyyarəsində “Mən FETO-çuyam və bu təyyarəni partladacağam” qışqıraraq təşviş yaradan Nikar Deliormanlı adlı qadın məhkəməyə çıxarılıb.

KONKRET.az xəbər verir ki, qadın psixi xəstə olduğunu, depressiyaya qarşı dərmanlar qəbul etdiyini və olayın baş verdiyi gün dərmanın təsirində olduğunu deyib.

Deliormanlı bildirib ki, bu səbəbdən təyyarədə baş verənləri xatırlamır:

“Olay tarixində təyyarədə sərnişin qismində əyləşmişdim. Arxamdakı insanlar geyimimi tənqid edib mənə FETO-çu dedilər. Mən də onlara “hər gördüyünüzü FETO-çu zənn etməyin” dedim. Dərman istifadə etdiyimi üçün başqa nə dediyimi xatırlamıram. Özümdən getmişdim”.

O bildirib ki, 22 gün xəstəxanada yatıb. Təyyarənin stüardessası onun xəstə olduğunu bilib, amma müdaxilə etməyib.

Məhkəmə Nikar Deliormanlının həbs müddətinin uzadılmasına qərar verib.

Qeyd edək ki, hadisə ötən ilin 18 dekabrında baş verib. Nikar Deliormanlı Kiprdə yaşayan övladını görmək üçün həmin təyyarədə səfər etməli olub. Hadisə səbəbindən uçuş gecikib və hər ehtimala qarşı bomba axtarışı aparılıb.

Qadın təhdid yolu ilə hava nəqliyyat vasitəsinin qaçırılması və ya girov götürülməsi maddəsi ilə ittiham olunur və barəsində 5 ildən 10 ilə qədər həbs cəzası tələb edilir.

Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*