Təyyarənin “Pantsir”lə vurulduğu təsdiqləndibackend

Təyyarənin "Pantsir"lə vurulduğu təsdiqləndi

AZAL-a məxsus təyyarənin dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Caliber” öz mənbələrinə istinadən yazıb.

Qeyd olunub ki, həmin sistem Rusiyaya Suriyadan gətirilib.

“Məlum olub ki, istintaq Azərbaycan təyyarəsinə qarşı radio-elektron mübarizə vasitəsinin tətbiq edildiyini təsdiq edib”, – məlumatda deyilir.

Xəbərdə deyilir ki, Rusiya tərəfi həm təyyarəyə atəş açanların, həm də atəş əmri verənlərin şəxsiyyətini müəyyən edib.

Xatırladaq ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında “Pantsir”in hücumuna məruz qalıb və ciddi zədələnib. Enişinə icazə verilmədiyindən Qazaxıstana istiqamət alan təyyarə Aktau yaxınlığında zədələnməsi səbəbindən qəzaya uğrayıb. Təyyarədə olan 67 sərnişindən 38-i ölüb, 29 nəfər sağ qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*