The Guardian: Kobi Brayant haqqında tvitə görə jurnalist işdən kənarlaşdırıldıbackend

The Guardian: Kobi Brayant haqqında tvitə görə jurnalist işdən kənarlaşdırıldı

“Vaşinqton Post” qəzeti basketbolçu Kobi Brayantın və onun qızının ölümündən bir neçə saat sonra Brayantın 17 il əvvəl zorlanmaqda ittiham olunduğu köhnə məqaləyə istinadla tvit yerləşdirən jurnalist Felisiya Sönməzi işdən kənarlaşdırıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Böyük Britaniyanın “The Guardian” nəşri yayıb. Jurnalistin sözlərinə görə, Brayantın pərəstişkarlarından çoxlu hədələr və təhqirlər alıb. Felisiya Sonməz məzuniyyətə 2003-cü il tarixli məqaləyə istinad edildikdən sonra göndərilib. Həmin məqalədə “Los-Anceles Leykers”in keçmiş oyunçusuna qarşı zorlanma ittihamlarından danışılıb. Qəzet bildirib ki, Sönməzin düşünülməmiş addımı həmkarlarının işinə mənfi təsir göstərib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*