“The Print”: “Hindistan Azərbaycanla münaqişədə Ermənistanı DƏSTƏKLƏYƏCƏK”backend

“The Print”: "Hindistan Azərbaycanla münaqişədə Ermənistanı DƏSTƏKLƏYƏCƏK"

Hindistan Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistanın “The Print” qəzeti yazıb.

“Qərb Hindistanı Ukraynadakı müharibəyə görə Rusiyanı qınamaqdan imtina etdiyinə görə tənqid edir. Lakin eyni zamanda Ermənistanla münaqişədə Azərbaycanı dəstəkləyir. Qərbin davranışı altruizm adı altında gizlənmiş eqoist maraqlarla idarə olunur. Avropa Rusiya enerji daşıyıcılarından asılılıqdan xilas olmaq qərarına gəlib və alternativ təchizatçı kimi Azərbaycanı seçib.

Lakin İrəvana ölkəyə silah göndərməklə, hərbçilərinə təlim verməklə dəstək vermək Hindistanın maraqlarına uyğundur.

Ermənistanı məhv etmək istəyən qüvvələr Hindistanı da fəth etmək istəyirlər. Əgər siz onları Avrasiyada tam qələbədən məhrum etsəniz, bu, onların Cənubi Asiyada planlarının həyata keçirilməsini pozacaq”, – deyə qəzet yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*