The Telegraph: “Ukraynadakı müharibənin əsl qalibi Türkiyədir”backend

The Telegraph: "Ukraynadakı müharibənin əsl qalibi Türkiyədir"

Böyük Britaniyanın aparıcı qəzetlərindən biri olan “The Telegraph” 24 fevralda başlayan Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyənin mövqeyinə diqqət çəkib.

KONKRET.az-ın məlumatına görə, “Putinin Ukraynadakı müharibəsinin əsl qalibi Türkiyə” başlıqlı yazıda qeyd olunub ki, müharibə başlayandan bəri Türkiyə Prezidenti istədiyini əldə etmək üçün hər iki tərəflə münasibətləri məharətlə qoruyub.

“Türkiyə Rusiyanın buraxdığı boşluğu doldurmağa çalışsa da, digər tərəfdən Vladimir Putini özündən uzaqlaşdırmaqdan ehtiyat edir. Bir tərəfdən Türkiyə yaxın tərəfdaşı Kiyevə “Bayraktar TB-2” dronlarını göndərir, digər tərəfdən isə Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina edir”, – məqalədə bildirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*