backend

Tiflis də 8 ölkədən gələnlərə karantin tətbiq edir

Gürcüstan koronavirusun “omikron” ştammının aşkar edildiyi 8 Afrika ölkəsindən gələnlərə 14 günlük karantin tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, ölkənin COVİD-19-la Mübarizə üzrə Koordinasiya Şurasının qərarına əsasən, son 14 gün ərzində Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Zimbabve, Lesoto, Namibiya, Esvatini və Malaviyə səfər etmiş şəxslər ölkəyə daxil olduqdan sonra 14 gün müddətində karantinə alınacaq və bu şəxslər PCR testi ilə yoxlanılacaq.

Gürcüstan vətəndaşları üçün karantin yeri kimi müəyyən edilən mehmanxana və PCR testinin xərcləri dövlət tərəfindən ödəniləcək.

Qərar bu gündən qüvvəyə minəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*