Tiflis kəskin etiraz etdi, erməni nazir üzr istədibackend

Tiflis kəskin etiraz etdi, erməni nazir üzr istədi

Gürcüstanın İrəvandakı səfirliyi Ermənistan Səhiyyə Nazirliyinə etirazını bildirib.

KONKRET..az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Xarici işlər naziri Davit Zalkaliani yayıb. O bildirib ki, səfirlik erməni nazirin bəyanatlarından ciddi narahat olduqlarını qeyd edib.

Qonşu ölkə nazirinin bu cür açıqlamasını səhv adlandıran gürcü nazir Ermənistan Səhiyyə nazirinin Gürcüstan səfirliyi ilə əlaqə saxlayaraq, sözlərinin mediada təhrif olunması barədə məlumat verdiyini və rəsmi şəkildə üzr istədiyini bildirib.

Qeyd edək ki, Ermənistanın Səhiyyə naziri Arsen Torosyan Gürcüstanda aparılan testlərin keyfiyyətinin şübhəli olması barədə açıqlama verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*