Tiflisdən “3+3” formatı ilə bağlı MÜHÜM AÇIQLAMAbackend

Tiflisdən “3+3” formatı ilə bağlı MÜHÜM AÇIQLAMA

Gürcüstanın Rusiya ilə birgə “3+3” formatında iştirakı çətin olacaq.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri David Zalkaliani Türkiyə və Azərbaycanın təklif etdiyi “Altılıq platforması” (“3+3” – Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) haqda danışarkən deyib. Onun sözlərinə görə, Gürcüstan hansısa formada böyük geosiyasi layihələrdə iştirak etməlidir:

“Bu böyük geosiyasi layihələrdə və münasibətlərdə biz hansısa formada təmsil olunmalıyıq, amma sözsüz ki, bu, dövlət maraqları və hansısa güzəştlər hesabına olmamalıdır”.

Onun sözlərinə görə, Abxaziya və Cənubi Osetiyadan Rusiya qoşunlarının çıxarılması məsələsində inkişaf olmadıqca belə formatda oturmaq və hansısa infrastruktur layihələrindən danışmaq çox çətindir.

O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün Tiflis üçün qırmızı xətt olduğunu bildirib.

Bununla belə, Zalkaliani Tiflisin regiondakı yeni proseslərdən kənarda qalmaması gərəkdiyini vurğulayıb:

“Əks təqdirdə onlar Gürcüstandan yan keçər və Gürcüstan öz rolu və funksiyasını itirər. Ona görə də burada dəqiq mövqeyə sahib olmaq çox vacibdir ki, ölkəmizin maraqlarına zərər dəyməsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*