Tikintisi başa çatmamış 200 milyonluq körpü UÇDU – VİDEObackend

Tikintisi başa çatmamış 200 milyonluq körpü UÇDU - VİDEO

Hindistanda Qanq çayı üzərində tikintisi davam edən dörd zolaqlı körpü uçub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bihar əyalətində baş verib.

Məlumata görə, uzunluğu 3,1 km, layihə dəyəri 17,1 milyard rupi (207 milyon dollar) olan körpünün tikintisinə 2014-cü ildə başlanılıb. 2019-cu ildə başa çatdırılması planlaşdırılan körpünün inşası sonuncu dəfə 2020-ci ilin mart ayına təxirə salınıb.

Qeyd edək ki, qəzaya səbəb kimi tikinti zamanı keyfiyyətsiz materiallar göstərilib. Ehtimal olunur ki, qəza körpünün inşasını ən azı bir neçə il gecikdirə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*