Şirvan Apellyasiya Məhkəməsində Füzuli rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Nemət Bayramlının barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2024-cü ilin yanvarında Füzuli rayonunun, Kürmahmudlu kəndi ərazisində baş verib. 2005-ci il təvəllüdlü Nemət Bayramlı aralarında yaranmış mübahisə zamanı 2003-cü il təvəllüdlü Azər Allahverdiyevi kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İttihama görə, Nemət Bayramlı “TikTok” sosial şəbəkəsi üzərində gördüyü videonun mənasını soruşmaq üçün videonun sahibi, daha əvvəl heç tanımadığı Azər Allahverdiyevlə və onun qardaşı ilə danışıb. Söhbət zamanı təhqiramiz ifadələrin istifadəsinə görə onlar yolun Aşağı Kürdmahmudlu kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında görüşüblər. Bir qədər söhbət etdikdən sonra o, Azər Allahverdiyevi qəsdən öldürmək məqsədi ilə yanacaqdoldurma məntəqəsinə bitişik olan istifadəyə verilməmiş tikilinin yan tərəfinə dəvət edərək sonuncudan telefonda danışarkən onu təhqir etməsinin səbəbini soruşub. Azər Allahverdiyev ona təhqi etmədiyini bildirsə də, həmin videoya görə yetkinlik yaşına çatmayan qardaşına iradlar bildirib sorğu-suala tutmasına haqlı cavab verdiyini söyləyib. Nemət Bayrmalı Azər Allahverdiyevi qəsdən öldürmək məqsədilə ilə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab edilən ov bıçağını götürərək sonuncunuya ağır xəsarət yetirərək onun ölməsinə səbəb olub.
Nemət Bayramlı barəsində Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nemət Bayramlı 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
