Timsah Kosta-Rikanın Limon şəhərindəki Matina çayında oynayan uşağa hücum edib.
KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, timsah 8 yaşlı Julio Otero Fernandezi valideynlərinin gözü qarşısında udub.
Məlumata görə, valideynlər çayın kənarında olsalar da, övladlarını xilas edə bilməyiblər.
Onlar 3-16 yaş arası digər dörd uşağını qorumaq üçün Nikaraquaya köçməyi planlaşdırır.
Uşağın meyiti hələ də tapılmayıb.
İqbal Rzayev,
KONKRET.az
