Timsah qolf klubunda amerikalını öldürdübackend

Timsah qolf klubunda amerikalını öldürdü

ABŞ-da timsah yerli sakini öldürüb.

KONKRET.az xəbər verir ki, bu barədə informasiya Metro qəzetində yer alıb.

Hadisə 24 iyun 2022-ci ildə Cənubi Karolina ştatının Mertl Beach şəhərindəki qolf klubunda baş verib. Kişi gölməçənin yanında gəzməyə qərar verib və orada üç metrlik timsahın hücumuna məruz qalıb. Timsah onu dişləyərək suya sürükləyib.

Qolf klubu müştərisinin ölümündən sonra Dövlət Təbii Sərvətlər Departamentinin nümayəndələri və timsahların tutulması üzrə mütəxəssislər sürünəni ələ keçirərək uyuşdurucu ilə yatızdırıblar.

Cənubi Karolinada bu, 2020-ci ildən bəri timsah tərəfindən insan ölümü ilə bağlı ilk hadisədir.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*