Tiqran Abramyan: “Hətta azərbaycanlılar belə Nikolun onlara sadiqliyinə təəccüblənir”backend

Tiqran Abramyan: "Hətta azərbaycanlılar belə Nikolun onlara sadiqliyinə təəccüblənir"

“Hətta azərbaycanlıar da Nikolun Azərbaycanın təbliğatına bu qədər bağlı olmasına təəccüblənirlər”.

KONKRET.az xəbər verir ki, Ermənistan Milli Assambleyasının “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan öz Facebook səhifəsində belə yazıb.

Məntiqsiz açıqlaması ilə Abramyan Azərbaycanı sərhəddə vəziyyəti gərginləşdirməkdə də ittiham edib.

“Düzdür, bu, hələ intensiv deyil, amma Azərbaycan açıq-aşkar “əzələ gösrərir”” – deyə Abramyan sərsəmləyib.

O əlavə edib ki, Paşinyanın və onun hökümətinin işi isə bütün bunlara göz yummaqdır.

“Bunlara cavab olaraq Nikol və komandasının gördüyü yeganə şey hər kəsə “Artsax”ın Azərbaycan olması barədə əsaslar təqdim etməkdir”.

Günel Mikayılova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*