Tofiq Musayev zədələnib nokauta düşdü – VİDEObackend

Tofiq Musayev zədələnib nokauta düşdü - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev “Bellator”da rusiyalı Aleksandr Şabliyə məğlub olub.

KONKRET.az xəbər verir ki, yüngül çəkidə (70 kq) yarışan idmançı dünya Qran-prisinin 1/4 final mərhələsindəki döyüşdə qasıq nahiyəsindən aldığı zədə səbəbindən mübarizəni sona qədər davam etdirə bilməyib. Görüşün üçüncü raundunda xəsarət alan 34 yaşlı idmançı texniki nokautla uduzub.

Bu Musayevin MMA karyerasındakı 25-ci duelində 5-ci məğlubiyyəti olub. ABŞ-nin San-Xose şəhərində keçirilən “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*