Tokayev Nazarbayevdən danışdı: “Hər cür siyasi oyunlara son qoyulmalıdır”backend

Tokayev Nazarbayevdən danışdı: "Hər cür siyasi oyunlara son qoyulmalıdır"

Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev ölkənin birinci prezidenti Nursultan Nazarbayevin tarixi roluna hörmət etməyə çağırıb.

KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, dövlət başçısı xatırladıb ki, xüsusən cəmiyyətdə müzakirələr və mübahisələr getdiyi bir vaxtda siyasi ədaləti unutmaq olmaz.

“Ölkəsinin ictimai-siyasi liderlərinin, elm və incəsənət xadimlərinin xidmətlərini dəyərsizləşdirən cəmiyyətin gələcəyi yoxdur. Həmçinin Qazaxıstanın Birinci Prezidenti – Nursultan Abişeviç Nazarbayevlin xidmətləri danılmaz həqiqətdir. Onun müstəqil dövlətimizin quruculuğuna verdiyi töhfələr bütün dünya ictimaiyyəti tərəfindən tanınır. Ona görə də Birinci Prezidentin tarixi roluna hörmətlə yanaşmaq bizim sizinlə ümumi borcumuzdur.

Qazaxıstanlıların gələcək nəsli onun siyasi irsinə ədalətli qiymət verə biləcək. Bugünkü gənclik Qazaxıstan xalqı üçün çalışmalıdır. Biz ilk növbədə çalışqan olmalıyıq. Hər cür siyasi oyunlara son qoyulmalıdır. Biz keçmişə baxmadan, parlaq gələcəyə inamla addımlamalıyıq”, – deyə Qasım-Comart Tokayev vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*