Tokayevdən yüksək vəzifələrə təyinatla bağlı GÖSTƏRİŞ – Bu məsələ YOXLANILACAQbackend

Tokayevdən yüksək vəzifələrə təyinatla bağlı GÖSTƏRİŞ - Bu məsələ YOXLANILACAQ

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yüksək vəzifələrə təyinat zamanı Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəyinin tələb olunmasının vacib olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilən iclasda Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin ictimai şurasının üzvü Marat Başimov ictimai nəzarətin genişləndirilməsini və dövlət orqanlarının fəaliyyətində aşkarlığın təmin edilməsini təklif edib.

İclasda bildirilib ki, prezident Kasım-Jomart Tokayev şəxsləri yüksək vəzifələrə təyin edərkən Korrupsiyaya Qarşı Mübarizə Agentliyininin rəyinin zəruriliyi barədə göstəriş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*