Tomas Tuxel “Çelsi”dən istefaya göndərildibackend

Tomas Tuxel "Çelsi"dən istefaya göndərildi

İngiltərənin “Çelsi” klubu almaniyalı baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

KONKRET.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, buna “zadəganlar”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb “Dinamo”suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.

Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanı məşqçilər heyətinin hazırlaşdıracağı bildirilib.

Qeyd edək ki, Tomas Tuxel ötən ilin 26 yanvarında “Çelsi” ilə 18 aylıq müqavilə bağlamışdı. O, “Çelsi”yə Çempionlar Liqası, UEFA Super Kuboku və klublarası dünya çempionluğunu qazandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*