backend

Tonoyan həbsdə qaldı

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbsxanada qalacaq.

KONKRET.az xəbər verir ki, bu barədə News.am-a onun vəkili Avetik Karapetyan danışıb.

O bildirib ki, buna səbəb Ermənistan Apellyasiya Məhkəməsinin keçmiş müdafiə nazirinə qarşı həbs-qətimkan tədbirinin dəyişdirilməsi iddiasını rədd etməsidir.

Vəkil qeyd edib ki, o və Tonoyanın digər vəkilləri məhkəmə qərarı ilə tanış olmayıblar:

“Çox güman ki, qərardan şikayət verəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*