“Topçu Vüsal” qəzaya DÜŞDÜ – FOTObackend

"Topçu Vüsal" qəzaya DÜŞDÜ - FOTO

Vətən müharibəsində “Topçu Vüsal” kimi tanınan qəhrəman əsgərimiz Vüsal Şahkərimov qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə Xaçmaz rayonunda baş verib. Belə ki, V.Şahkərimov idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi onun maşınını sağ tərəfindən vurub. Qəza  nəticəsində xoşbəxtlikdən Vüsal Şahkərimov ciddi xəsarət almayıb.

O, “Unikal”a açıqlamasında məlumatı təsdiqləyib:

“Hadisə iki gün öncə baş verib. Təqsirkar digər avtomobilin sürücüsüdür. Mənim maşınımı sağ tərəfdən vurub. Şükür Allaha, indi hər şey yaxşıdır”.

"Topçu Vüsal" qəzayaDÜŞDÜ - FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*