“Torpağın altında hər kəs bərabərdir, üstündə isə…” – VACİB MESAJbackend

"Torpağın altında hər kəs bərabərdir, üstündə isə..." - VACİB MESAJ

“İslam mənəviyyat və əxlaq dinidir. İnsanı yalnız bu dünya ilə məhdudlaşdırmır, onu daha ali məqsədlərə yönəldir. Dinin hədəf və qayəsi insana doğru yolu göstərmək, onu hidayətə təşviq edərək axirət həyatına hazırlamaqdır. Bu dünyadakı son dayanacağımız, təbii ki, qəbir evidir. Ona görə də dinimiz bizi qəbir həyatına da hazırlamağı məqsədəuyğun sayır. Lakin bu hazırlıq, qəbir torpağını və ya başdaşını öncədən düzəltməkdən daha çox, axirətə mənəvi hazırlıqla bağlıdır. Əsas məsələ Allahın hüzurunda, hesab günündə dürüst və vicdanlı şəkildə cavab verə bilməkdir. Din, mənəviyyatımızı və qəlbimizdəki ilahi sevgini formalaşdıraraq bizi bu səmtə yönəldir”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli səsləndirib:

Faiz alıb-vermək Rəbbə qarşı müharibədir' - Ağa Hacıbəyli

“Bir müsəlman olaraq məsələyə məhz bu prizmadan yanaşmalıyıq. Təbii ki, insan özü üçün öncədən qəbir yeri hazırlaya bilər. İslam buna qadağa qoymur. Əgər bu addım insanın ölümlə üz-üzə gəlib ibrət alması, təvazökar bir həyat yaşaması, haramlardan uzaq durması və ölümü tez-tez xatırlaması üçün atılırsa, təqdirəlayiqdir. Amma əgər bir insan vəfatından əvvəl özünə bəzəkli, dəbdəbəli bir başdaşı qoydurmaq niyyətindədirsə, bu, artıq başqa məsələdir. Çünki həmin pulu daha faydalı yerə yönəldə bilər. Böyük və bahalı daş parçası illərlə bir kənarda qalır, amma heç bir real fayda vermir. Bu da israfın bir formasıdır”.

İlahiyyatçı əlavə edir ki, Peyğəmbərimizin (s.ə.s) dövründə belə hallar müşahidə olunmurdu:

“O, vəfat etmiş səhabələrinin, ailə üzvlərinin qəbir daşlarını sadə saxlayırdı. Qəbir ən çoxu 10-20 sm hündürlükdə torpaqla fərqləndirilirdi ki, insanlar üzərindən keçməsinlər. Başdaşı yerinə isə sadə bir işarə qoyulurdu. Bu gün isə dəbdəbə və göstəriş qəbir daşlarına da sirayət edib. Bəzən başdaşlarının üzərinə şəkillər, uzun yazılar həkk olunur, bahalı qara və ya ağ mərmərdən istifadə edilir. Halbuki torpağın altında hər kəs bərabərdir. Amma üstündə yenə də bərabərsizlik nümayiş etdirilir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*