Tovuzda meyit tapılıb.
KONKRET.az xəbər verir ki, hadisə Qovlar şəhərində qeydə alınıb.
Daşkəsən rayon sakini, 1999-cu il təvəllüdlü Aygün Yaşar qızı İsmayılovanın meyiti fermada aşkar edilib.
Hadisənin motivi məlum deyil.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./lent.az
