Tovuzda evdə PARTLAYIŞ: YARALANAN VARbackend

Tovuzda evdə PARTLAYIŞ: YARALANAN VAR

Tovuz rayonunda 2 mərtəbəli binada yanğınla nəticələnən partlayış olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qazıqulu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Q.Səkiyevə məxsus 2 mərtəbəli, 7 otaqlı evin birinci mərtəbəsinin mətbəxində partlayış olub. Yanğınla nəticələnən hadisə zamanı ev sahibinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü P.Səkiyeva yanıq xəsarəti alıb. O, ağır halda xəstəxanaya yerləşdirilib.

Yanğın nəticəsində mətbəxin 0.5 kvadratmetr sahəsi əşyalarla birgə yanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*