ABŞ prezidenti Donald Tramp Qırğızıstan da daxil olmaqla, altı ölkənin vətəndaşları üçün ABŞ-a səfər məhdudiyyətləri tətbiq etmək barədə fərman imzalayıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumat Ağ evin saytında yerləşdirilib.
Fərman Qırğızıstan, Nigeriya, Myanma və Eritreya vətəndaşlarına immiqrasiya vizalarının verilməsini, Sudan və Tanzaniya vətəndaşları üçün isə “viza lotereyası”nda iştirakı dayandırır.
Təqdim edilən məhdudiyyətlər immiqrasiya səfərlərinə aiddir, Amerikaya turist və biznes vizalarına tətbiq edilmir.
Babək Göyüş
KONKRET.az
