ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin Ukraynanın enerji şirkəti “Burisma Holdings”dən rüşvət aldığını bildirib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, Nyu Cersidə tərəfdarları qarşısında çıxışı zamanı deyib.
Sabiq prezidentin sözlərinə görə, Bayden Barak Obama dövründə vitse-prezident vəzifəsində çalışarkən rüşvət alıb.
“Gəlin birlikdə ona qarşı ittiham irəli sürək ki, heç kim 5 milyon dollar rüşvətdən danışmasın”, – o deyib.
Tramp bildirib ki, ona qarşı açılan cinayət işlərinin köməyi ilə Vaşinqton diqqəti real cinayətlərdən yayındırmağa çalışır.
O xatırladıb ki, ABŞ senatoru Çak Qrassli Baydenin cinayətlərdə əli olduğuna dair sübutlara malik olduğunu bildirsə də, Federal Təhqiqatlar Bürosu (FTB) iş materiallarını ictimaiyyətə açıqlamır.
İqbal Rzayev,
KONKRET.az
