Tramp COP29-da iştirak üçün Bakıya gəlir? – RƏSMİ AÇIQLAMAbackend

Tramp COP29-da iştirak üçün Bakıya gəlir? - RƏSMİ AÇIQLAMA

Xəbər verildiyi kimi, Rusiya prezidentinin müşaviri, iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək iqlim konfransı – COP29-a dəvət etməyi təklif edib. O bildirib ki, Trampdan Amerika Birləşmiş Ştatlarının Paris Sazişinin tərəfi kimi qalıb-qalmayacağını öyrənmək olar:

“Yaxın vaxtlarda Azərbaycanda beynəlxalq tədbirimiz  keçiriləcək. Bu, çox böyük BMT tədbiridir. Qoy, Azərbaycan Trampı COP29-a dəvət eləsin. Biz də onunla danışaq. Soruşaq ki, Paris Sazişindən çıxmaq istəyirmi?”

Görəsən, ABŞ-nin yeni seçilən prezidentinin Azərbaycana gəlməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hakim Yeni Azərbaycan Partiyasının üzvü və Milli Məclisin deputatı Hikmət Babaoğlu ehtimalı belə dəyərləndirib:

“Dost və qonşu ölkələrin Azərbaycanda keçiriləcək COP29 tədbirinə diqqət göstərməsi müsbət hadisədir. Çünki nəticə etibarlı ilə söhbət regionumuzda və bütün dünyada olan qlobal problemdən gedir. Hansı qitədə yerləşməyimizdən asılı olmayaraq planetimiz birdir və onun problemləri bütün ölkələrin diqqətində olmalıdır. Şübhəsiz ki, bu, ABŞ üçün də keçərlidir. Çünki karbon emissiyasını ən çox atmosferə buraxan ölkələrdən biri də Birləşmiş Ştatlardır. Buna görə də adıçəkilən dövlətin prezidentinin tədbirdə iştirak etməsi yaxşı olardı. Ancaq iştirakla bağlı fikir bildirmək bir qədər çətindir. Seçkilər yeni keçirilib. Müəyyən prosedurlar sona çatdırılmayıb. Ona görə də Trampın Azərbaycana gəlmək ehtimalı yüksək deyil”.

Məlik Məlikov,

KONKRET.az

  • Haller
    Noyabr 9, 2024 - 11:44

    Cop-29a kimin devet edilmesine de rus qarisir!?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*