ABŞ və Türkiyə prezidentləri – Donald Tramp və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Tvitter”də Ağ Evin spikeri Cad Dir yayıb. Onun sözlərinə görə, prezidentlər Suriyada ümumi məqsədlərlə bağlı razılığa gələ biliblər. “Hər iki lider İdlibdə toqquşmaların dayandırılmalı olduğunu düşünürlər. Tərəflər, həmçinin müdaxilədən qurtulmaq və Liviyada barışığı dəstəkləmək zərurətini müzakirə ediblər”, – deyə Dir yazıb. Bundan əlavə, Tramp söhbət zamanı Türk həmkarını Aralıq dənizində Yunanıstanla ərazi mübahisəsini həll etməyə çağırıb. Qeyd edək ki, Tramp və Ərdoğan əvvəlki söhbətində Suriya və Liviya məsələlərindən başqa, İranda etirazlardan və Ukrayna təyyarəsinin vurulmasından danışıblar.
KONKRET.az
