Tramp Harris və Baydeni onun həyatına yeni sui-qəsddə günahlandırdıbackend

Tramp Harris və Baydeni onun həyatına yeni sui-qəsddə günahlandırdı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp bildirib ki, rəqibi Kamala Harris və hazırkı Amerika lideri Co Baydenin ritorikası 58 yaşlı Rayan Uesli Rutu onun həyatına sui-qəsd etməyə sövq edib. Onun fikrincə, demokratların təxribat xarakterli bəyanatları şübhəli şəxsi asanlıqla təhrik edə bilər.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Fox News-a müsahibəsində danışıb.

“O, Bayden və Harrisin ritorikasına inanıb və buna uyğun hərəkət edib. Onların ritorikası mənim atəşə tutulmağıma səbəb olub”, – deyə iş adamı vurğulayıb.

Respublikaçının sözlərinə görə, Harris və Baydenin guya mən “demokratiya üçün təhlükə yaradıram” bəyanatları ikinci sui-qəsdə səbəb olub.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*