Tramp Pelosinin gülməli videosunu yayımladıbackend

Tramp Pelosinin gülməli videosunu yayımladı

ABŞ prezidenti Donald Tramp öz Twitter səhifəsinə “Nensi Pelosi tərəfindən parçalanan güclü Amerika hekayələri” adlı bir video yerləşdirib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, videoda Trampın konqresdəki çıxışından fraqmentlər, Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin dövlət başçısının nitq vərəqlərini cırdığı anlar fasilələrlə verilir.

Xatırladaq ki, Pelosi Trampın millət vəkilləri qarşısında çıxışından sonra nitqinin mətninin bir nüsxəsini cırıb.

Fevralın 5-də ABŞ Senatı iki maddə ilə impiçment məsələsində Trampa bəraət verib.

 

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*