Tramp QƏRAR VERDİ: Bu şəxslərin ABŞ-a girişi qadağan ediləcəkbackend

Tramp QƏRAR VERDİ: Bu şəxslərin ABŞ-a girişi qadağan ediləcək

ABŞ prezidenti Donald Trampın administrasiyası vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq ölkələrin yeni siyahısını hazırlayır.

KONKRET.az xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən “The New York Times” məlumat yayıb.

Qəzet yazır: “Tramp administrasiyası müəyyən ölkələrin vətəndaşları üçün ABŞ-a səyahətə yeni qadağa qoyur. İlkin “qırmızı siyahı”ya artıq məhdudiyyətlərə məruz qalan ölkələr daxil edilib. Bura Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən daxildir. Əfqanıstanın əlavə edilməsi də nəzərdən keçirilir. Bundan əlavə, insanların girişini məhdudlaşdıracaq, lakin tamamilə qadağan etməyəcək ölkələrin “narıncı” siyahısını yaratmaq da təklif olunur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*