Tramp: “Qüds bölünməmiş bir şəkildə İsrailin olacaq”backend

Tramp: "Qüds bölünməmiş bir şəkildə İsrailin olacaq"

ABŞ Prezidenti Donald Trump Qüdsün Yaxın Şərq sülh planı çərçivəsində İsrailin “bölünməz” paytaxtı elan ediləcəyini açıqlayıb.

“Fələstinlilər onlardan piyon kimi istifadə edən bir sistem içində qalmışdılar. Orada İsrail-Fələstin məsələsini həll etmək qərarına gəldim. ABŞ prezidentlərinin çoxu əvvəllər bunu sınamışdılar, amma uğursuz olmuşdu”. 

Donald Tramp bildirib ki, hətta keçmişdəki ən müsbət niyyətli planlar da gerçəklərə söykənmirdi.

“İsraildə hamı sülh istəyir və hər kəsin dəstəyini aldıq. İsrail ilk dəfə konseptual xəritəyə icazə verdi. Birgə komitə quracağıq və dəqiq xəritəni ortaya qoyacağıq. Qüds İsrailin bölünməmiş əsas paytaxtı olaraq qalacaq. Barışıq güzəştə əsaslanır, amma heç vaxt İsrailin təhlükəsizliyini təhlükəyə atmasına icazə verməyəcəyik” – deyə Amerika Prezidenti əlavə edib.

Tramp bildirib ki, bu xəritə ilə, paytaxtı Şərqi Qüds olan bir Fələstin olacaq. ABŞ asanlıqla burada bir səfirlik yaradacaq. Heç kim heç bir fələstinli evini tərk etmək məcburiyyətində qalmayacaq.

” Qüds müstəqil və azaddır. Qüds təhlükəsiz, açıq və demokratik bir şəhərdir. Bütün inanclardan olan hər kəsə qapılarını açdı. Fələstinin 1948-ci ildə buraxdığı səhvi düzəltməyin vaxtı gəldi. Qan illərlə boş yerə töküldü, indi bitməlidir. İslam dünyası yeni İsrail dövlətini tanımalıdır”.

Günel Museyib

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*