Donald Tramp əvvəllər Nyu-York meri olan şəxsi vəkili Rudolf Culianinin koronavirusa yoluxduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ lideri öz “Twitter” hesabında paylaşım edib.
Tramp bildirib ki, Culianinin “Çin virusu” testinin nəticəsi müsbət çıxıb.
O, Nyu-York tarixinin ən yaxşı merinə tezliklə sağalmasını və ABŞ tarixinin ən vicdansız seçkilərini ifşa etmək üçün çalışmağa davam etməsini diləyib.
